Kiyevin Pereçski rayonunda yüksəkgərginlikli elektrik naqilində güclü partlayışla müşahidə olunan qısa qapanma baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.
"İvan Kudri küçəsi, 42: elektrik kabelinin qapanması. Qəza xidmətləri hadisə yerindədir. Kabel elektriksizləşdirilib. Mütəxəssislərin sözlərinə görə, kiyevlilər üçün təhlükə yoxdur", - deyə mətbuat xidmətinin "Facebook" səhifəsində qeyd olunub.
Partlayış barədə məlumatlar yerli sakinlərdən daxil olmağa başlayıb. Onlar sosial şəbəkələrdə rayonun müxtəlif hissələrində partlayış səsləri eşitdiklərini, hətta guya bir avtomobilin partladığını yazıblar. Lakin yayılan şəyiələrlə əlaqədar olaraq polis yerli mətbuata partlayışın məhz kabeldə qapanmanın olması səbəbindən baş verdiyini izah edib.
Ötən gün Tunisdə partlayış nəticəsində ölən və yaralananlar olub.
Nyus.Az