
Ermənistanda koronavirusa yoluxanların sayı 1 201 nəfərə çatıb.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 42 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Ölkədə, həmçinin bir nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 19 nəfər koronavirusun qurbanı olub, 780 nəfərin müalicəsi davam edir.
Nyus.Az

























