Misirdə COVID-19 virusundan ölənlərin sayı 52 nəfərə çatıb.
nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Misirin Baş Naziri Mustafa Madbuli bildirib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 6 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin biri İordaniya, qalanları Misir vətəndaşlarıdır.
Baş Nazir deyib ki, aprelin 2-də ölkədə koronavirusa 71 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 850 nəfərə çatıb. COVID-19 virusuna yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 22 nəfər koronavirusdan müalicə olunub. İndiyədək 179 koronavirus xəstəsi tam sağalıb. COVID-19 virusuna yoluxanların əksəriyyəti 52-59 yaş arasında olanlardır.
Nyus.Az