
BMT-nin Vyanadakı bölməsində koronavirusa (COVİD-19) daha 3 nəfər yoluxub, yoluxanların ümumi sayı 9 nəfərə çatıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın Vyana bölməsinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, yeni yoluxma hallarından ikisi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşlarında qeydə alınıb, onlar karantinə yerləşdirilib: "Üç yeni hal Vyana Beynəlxalq Mərkəzinin heyəti arasında COVİD-19 hallarının sayını 9-a yüksəldib".
Nyus.Az

























