
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə Zurab İdoidze Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. Bildirilir ki, o, cinayətin təşkilatçısı Əhməd Çatayevlə əlbir olmaqda ittiham edilir.
Qeyd edilir ki, İdoidze Çatayevə və onun cinayətkar qrupuna maliyyə yardımı göstərib. Əhməd Çatayev özü isə Tbilisidə keçirilən əməliyyat zamanı məhv edilib.
“Report”

























