
ABŞ-ın "The Walt Disney Company şirkətinin" rəhbəri Robert Ayqer istefaya gedir, yerinə Bob Çapek təyin olunub.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin yadığı bəyanatda bildirilib.
Qeyd olunub ki, R.Ayqer Disney rəhbərliyində qalacaq və 2021-ci ilin sonuna qədər şirkətin yarıdıcı fəaliyyətinə nəzarət edəcəkdir:
"İstehlakçı yönümlü müəssisələrin müvəffəqiyyətlə istifadəyə verilməsi və "21th Century Studios"un uğurlu inteqrasiyası sayəsində hesab edirəm ki, indiki vəziyyət (şirkətin) yeni rəhbərinə keçmək üçün ən münasibdir".
Nyus.Az

























