
Oyunların Təşkilat Komitəsi yanında Xüsusi Şura yapon animesi üslubunda göy və çəhrayı fiqurların seçildiyini bəyan edib. Şura ölkənin 16 mindən çox məktəbinin şagirdləri arasında 2017-ci il dekabrın 11-dən 2018-ci il fevralın 22-dək keçirdiyi səsvermənin nətəcələrinə əsaslanıb. Talismanın müəyyənləşdirilməsi üçün belə üsuldan olimpiya hərəkatı tarixində ilk dəfə istifadə olunub.
Ümumilikdə 2 minədək varianta səs verilib. Onlardan 3-ü final müsabiqəsi üçün seçilib.
Qeyd edək ki, "Tokio-2020" olimpiadası 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda keçiriləcək."Report"

























