• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
16-01-2020, 10:27

Qahirədə "Anadolu" agentliyinin əməkdaşları saxlanılıb - Türkiyə dövləti işə qarışdı - YENİLƏNİB

Qahirədə "Anadolu" agentliyinin əməkdaşları saxlanılıb - Türkiyə dövləti işə qarışdı - YENİLƏNİB

Misir polisi Türkiyənin "Anadolu" agentliyinin (AA) Qahirədə yerləşən ofisində reyd keçirib. Reyd zamanı əsassız olaraq agentliyin 4 əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, saxlanılanlar naməlum yerə aparılıb. Polis əməkdaşları agentliyin ofisinə yerli vaxtla təxminən saat 18:00-da daxil olublar. Onlar ofisdə təhlükəsizlik kameraları və interneti söndürüblər.

Bildirilir ki, ofisdə axtarışlar yanvarın 15-i səhər saatlarına qədər davam edib. Polislər agentliyin əməkdaşlarından şəxsiyyət vəsiqələri, mobil telefonlar və kompyuterləri toplayıblar, onların agentliyin mərkəzi ofisi və ailə üzvləri ilə əlaqə saxlama cəhdlərinin qarşısını alıblar.

Polis reyd başlayandan sonra hadisə yerinə gələn AA-nın Qahirə ofisinin vəkilinə məlumat verməkdən imtina edib. Vəkil ofisdən qovulub və sonra axtarış davam etdirilib.

Gecə saatlarında polis agentliyin əməkdaşlarından birini, Misir vətəndaşını sərbəst buraxıb. Bir Türkiyə vətəndaşı da daxil olmaqla agentliyin dörd əməkdaşı səhərə qədər ofisdə saxlanılıb. Səhər onlar naməlum yerə aparılıb.

Qeyd edilir ki, saxlanılanlar AA-nın meneceri Hilmi Balcı, Misir vətəndaşları Hüseyn əl-Kabbani, Hüseyn əl-Abbas və Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun (SETA) əməkdaşı Əbdülsalam Məhəmməddir.

Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Kəmaləddin Əruyqur vəziyyəti izləyir və Misir Xarici İşlər Nazirliyi səviyyəsində səylər göstərir.

Türkiyə Xarici İşlər Nazirliyi də Misirin Ankaradakı səfirliyi üzrə öz səylərini göstərir.

AA və Türkiyənin Qahirədəki səfirliyinin vəkilləri Misir səlahiyyətlilərindən agentliyin əməkdaşlarının hazırda olduqları yer barədə məlumat vermələrini tələb ediblər. İndiyənə qədər bu məlumatı əldə etmək mümkün olmayıb.

Anadolu agentliyinin baş direktoru Şenol Kazancı agentliyin heyətinin dərhal sərbəst buraxılmasını tələb edib: "Rəsmi Qahirənin KİV əməkdaşları ilə bağlı mövqeyi qəbuledilməzdir. Misir hakimiyyəti dərhal AA-nın Qahirə ofisinin əməkdaşlarını sərbəst buraxmalıdır".

Onun sözlərinə görə, AA vəziyyəti yaxından izləyir və agentliyin əməkdaşları sərbəst buraxılana qədər məsələni beynəlxalq mətbuatın gündəmində saxlayacaq.

Daha sonra AA-nın baş direktorunun müavini, baş redaktor Metin Mutanoğlu "TRT" telekanalının efirində çıxışı zamanı bildirib ki, agentliyin saxlanılan əməkdaşları Misirin prokurorluğu tərəfindən dindirilirlər.

Onun sözlərinə görə, Misir Daxili İşlər Nazirliyindən rəsmi Misir xəbər agentliyinə bildirilib ki, AA əməkdaşlarının saxlanılmasına səbəb "agentliyin Misirin maraqlarına qarşı fəaliyyətləri", həmçinin agentlik tərəfindən guya yalan məlumatların yayılması, "Misirin milli təhlükəsizliyinə təhlükə yaradması" və "xaricdə ölkənin mənfi imicinin formalaşdırması" olub.

Polislərin Qahirədə AA-nın ofisində reyd keçirməsini Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da pisləyib. Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar Türkiyə tərəfi "lazımi təmaslar" qurur.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun rəsmi Ankaranın Misir hakimiyyətinin Türkiyə KİV-lərinə qarşı düşmən mövqeyini pislədiyini vurğulayıb.

Türkiyə Ədliyyə Nazirliyi bəyanatla çıxış edərək, AA-nın Qahirə ofisinin əməkdaşlarının qanunsuz olaraq saxlanılmasını pisləyib və onların tezliklə sərbəst buraxılacaqlarını gözlədiklərini vurğulayıb.

----------------
15.01.2020
18:42

Misir polisi Türkiyənin "Anadolu" agentliyinin Qahirədəki ofisinə basqın edib.

Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təhlükəsizlik kameralarını söndürən və interneti kəsən polis 1 nəfər Türkiyə vətəndaşını, 3 nəfər isə ofis işçisini tutub. Onlar naməlum istiqamətə aparılıblar. Səhər saatlarınadək ofisdə axtarışlar aparan polis işçilərin şəxsiyyət vəsiqələrini, mobil telefonlarını, kompüterlərini müsadirə edib. Onlar hadisədən sonra ofisə gələn "Anadolu" vəkilinə hər hansı məlumat verməkdən imtina ediblər.

Saxlanılanlar "Anadolu"nun Qahirə ofisinin maliyyə və idarə işləri üzrə rəhbəri Hilmi Balcı, Misir vətəndaşları Hüseyn əl Kabbani, Heseyn əl Abbas, Abdulsalam Məhəmməddir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az