
Bu barədə N.Maduro özünün “Twitter” səhifəsində yazıb.
"Donald Tramp bəyan edirdi ki, ABŞ-ın siyasəti digər ölkələrin daxili işlərinə müdaxilə etməməkdir. Bu sözlərə əməl edərək aqressiyadan dialoqa keçməyin vaxtı çatıb. Karakas və yaxud Vaşinqtonda - heç bir fərq yoxdur. Vaxt və yer, mən orada olacağam”, N.Maduro yazıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson Venesuelaya qarşı neft embarqosunun tətbiqi ehtimalının nəzərdən keçirildiyini söyləyib.

























