
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada öldürülməsindən yazıb.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan Tvitter səhifəsində Bağdadinin ölümü ilə bağlı bunları qeyd edib:
"Bağdadinin öldürülməsi terrorla mübarizədə dönüş nöqtəsidir. Məmnuniyyətlə qarşılayırıq. Türkiyə əvvəl olduğu kimi yenə də terrorla mübarizə cəhdlərini dəstəkləməyə davam edəcək".
Nyus.Az

























