
Bu gün axşam minlərlə insan növbəti etiraz aksiyası üçün Barselona mərkəzinin yaxınlığında toplanıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, polis kordonu ilə etirazçı kütlə arasında metal hasar quraşdırılıb.
İnsanlar əllərində zibil ilə dolu plastik torbaları hasarın üstündən atmaq üçün gəzdirirlər.
Hal-hazırda mitinq nisbətən sakit bir şəraitdə keçir, izdiham siyasi məhbusların sərbəst buraxılmasına çağırışlar edir.
Nyus.Az

























