
Gürcüstanın Baş naziri Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək.
Nyus.Az“Report”a istinadən xəbər verir ki, bu, G.Qaxarianın Baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.
Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, G.Qaxaria bu il sentyabrın 8-də Baş nazir təyin olunub.
Nyus.Az

























