
Bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 17:39-da qeydə alınan yeraltı təkanların episentri Pinotepa de Don Luis şəhərindən 30 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Məlumata görə, yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. İnsanlar təşviş içərisində küçəyə qaçıblar.
Qeyd edək ki, 2017-ci il sentyabrın 7-si və 19-da Meksikada baş verən zəlzələ yüzlərlə insanın həyatına son qoyub.
[media=https://www.youtube.com/watch?time_continue=17&v=ogHzEO34bSs]

























