• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
25-09-2019, 08:32

İqlim sammitində qlobal istiləşməyə qarşı öhdəliklər götürülüb

İqlim sammitində qlobal istiləşməyə qarşı öhdəliklər götürülüb

BMT-nin mənzil-qərargahında keçirilən iqlim sammitində hökumət başçıları, biznesmenlər və vətəndaş cəmiyyətinin üzvləri qlobal istiləşmənin qarşısını almaq üçün konkret milli öhdəliklər götürüblər. Qətər əmiri Tamim ben Həmad Al Tani vəd edib ki, onun ölkəsi futbol üzrə ekoloji cəhətdən təmiz dünya çempionatı keçirəcək. Almaniya Kansleri Angela Merkel bildirib ki, alman hökuməti yeni "iqlim paketi" üzrə sərmayə proqramı hazırlayıb. Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern 2028-ci ilədək keçiriləcək ağacəkmə kampaniyası haqqında məlumat verib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Qətər Əmiri sammitdəki çıxışında deyib: "2022-ci il futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. Biz ekoloji cəhətdən təmiz yarışlar keçirəcəyik. Bu, karbon qazı emissiyasının olmadığı ilk çempionat olacaq. Biz stadionda matçları günəş batareyaları ilə təchiz olunmuş texnologiyalar, o cümlədən soyutma və işıqlandırma sistemi ilə, enerjiyə və suya qənaət edilməsi şərti ilə keçirəcəyik".

Qətər Əmiri kiçik ada dövlətlərinə və daha az inkişaf etmiş ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə və təbii fəlakətlərə qarşı mübarizə məqsədilə 100 milyon dollar vəsait ayrılacağını da vəd edib.

Almaniyanın Kansleri Angela Merkel sammit iştirakçılarını təcili tədbirlər görməyə və gənclərin çağırışına səs verməyə dəvət edib. O vurğulayıb ki, qlobal problemləri yalnız birgə səylərlə həll etmək olar və Almaniya bu sahədə dərin inqilabi dəyişikliklər ərəfəsindədir. Merkel əlavə edib ki, onun ölkəsi bu yaxınlarda qlobal istiləşmə ilə mübarizə layihəsinə 54 milyard avro ayrılmasına dair sərmayə paketini razılaşdırıb.

Almaniya Kansleri BMT Baş Assambleyasının tribunasından bəyan edib ki, onun ölkəsi 2030-cu ilədək parnik qazlarının atmosferə buraxılmasını 1990-cı illə müqayisədə 55 faiz azaldacaq, 2050-ci ildə isə onu sıfır səviyyəsinə endirəcək. Niderlandın Baş Naziri Mark Rütte də bu cür vədlə çıxış edərək bildirib ki, onun ölkəsi də 2030-cu ilədək parnik qazlarının emissiyasını 49 faiz azaldacaq və 2050-ci ildə bu rəqəmi 95 faizə çatdıracaq.

Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern xatırladıb ki, onun ölkəsinin payına qlobal atmosfer tullantısının cəmi 0,17 faizi düşür. Lakin bu o demək deyil ki, həmin ölkənin əhalisi bu sahədə heç bir tədbir görməyəcək. Yeni Zelandiyada hökumət əhaliyə elektrik və ekoloji təmiz avtomobillərdən istifadə etməyi tövsiyə edir. Burada artıq elektrik enerjisinin 80 faizi bərpa olunan mənbələr hesabına istehsal edilir.

Yeni Zelandiyanın Baş Naziri ölkədə 2028-ci ilədək 1 milyard ağac əkilməsi planından da danışıb. Onun sözlərinə görə, artıq 150 milyon ağac əkilib. 2035-ci ildə Yeni Zelandiya istehsal olunan elektrik enerjisinin hamısını bərpa olunan mənbələr hesabına əldə edəcək.

Casinda Ardern vurğulayıb: "Biz neft və qaz kəşfiyyatı üçün icazə verilməsini dayandırmışıq. Bunun əvəzinə hökumətimiz "yaşıl" hidrogen və bioyanacaq istehsalına sərmayə qoyacaq. Məqsədimiz 2035-ci ildə elektrik enerjisinin tamamilə bərpa olunan mənbələrdən istehsalıdır".

Maldiv Prezidenti İbrahim Məhəmməd Solih adaların xilas edilməsi planını təqdim edib. Bu sənəddə həmin adalarda təbiəti mühafizə zonalarının yaradılması, yeni texnologiyaların tətbiqi, yaşıl turizmin inkişafı və bərpa olunan enerji mənbələrinə keçidlə bağlı 11 istiqamət göstərilib.

Maldiv Prezidenti vurğulayıb: "Lakin bu təşəbbüsün həyata keçirilməsi üçün maliyyə resursları lazımdır. 2010-cu ildə qəbul edilmiş planda göstərilir ki, 2020-ci ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün az gəlirli dövlətlərə 100 milyard dollar vəsait ayıracaq. Artıq 2019-cu ilin sentyabr ayıdır və tezliklə 2020-ci il gələcək. Mən böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həmin məqsədlərə gözlədiyimizdən daha az vəsait ayrılıb".

Roma Papası Fransiskin sammit iştirakçılarına videomüraciəti yayılıb. Pontifik bəyan edib ki, iqlim dəyişiklikləri bəşəriyyətin ən başlıca problemlərindən biridir və onun həlli üçün "dürüstlük, məsuliyyət və cəsarət" tələb olunur.

Parnik qazlarının atmosferə qlobal emissiyası rekord səviyyəyə çatıb və getdikcə artır. Son dörd ildə dünyada ən isti hava qeydə alınıb, Arktikada qış temperaturu isə 1990-cı ildən etibarən 3 dərəcədə Selsi artıb. Dəniz səviyyəsi yüksəlir və Mərcan qayaları məhv olur. BMT-nin Baş Katibi sammit iştirakçılarına xəbərdarlıq edib ki, əgər təxirəsalmaq tədbirlər görülməzsə, onda bizim həyatımız təhlükə altında qalacaq.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında toplaşan hökumət, biznes və vətəndaş cəmiyyətləri nümayəndələri iqlim dəyişməsi ilə mübarizə layihələrinin maliyyələşdirilməsi, bərpa olunan enerji mənbələrinə keçid, qazıntı yanacağından imtina edilməsi və istehsalın modernləşməsinə vəsait ayrılmasını müzakirə ediblər. Onlar bu sahədə təcrübə mübadiləsi aparıblar.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az