
"Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenko Ali Radanın iclasına qatılmayıb.
Nyus.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb siyasətçinin 48 yaşlı əmisi qızı Tatyana Şarapovanın ölümü olub. Heç bir xəstəliyi olmayan Tatyana 2 həftə əvvəl qəfil özündən gedib, daha sonra isə komaya düşüb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Nyus.Az

























