
Özbək abituriyent Jaxangir Muxammadkarimov eyni vaxtda 18 ali məktəbə qəbul olunub və ölkə tarixində özünəməxsus rekorda imza atıb. O, daha bir universitetdən cavab gözləyir.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Jaxangir Muxammadkarimovun ali məktəblərə qəbul olunduğu ölkələr sırasında Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Koreya Respublikası, Rusiya və digər ölkələrin adı var. O isə İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Daşkənddəki filialını seçib.
Xatırladaq ki, 2018-ci ildə bir özbək abituriyent dünyanın 14 ali məktəbinə qəbul olunmuşdu.
Nyus.Az

























