
Baham adalarında "Dorian" qasırğası 5 nəfərin ölümünə səbəb olub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, Baham Adaları Birliyinin baş naziri Hyubert Minnis deyib.
Onun sözlərinə görə, ölüm halları Abako adasında qeydə alınıb.
Qeyd edək ki, saat 01:00 üçün qasırğanın episentri Palm-Biçdən (Florida ştatı) 170 kilometr şərqdə olub. Küləyin sürəti saniyədə 63,8 metrə çatır.
Nyus.Az

























