
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə İstanbulda baş verən sel fəlakəti ilə bağlı çıxışında bu şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlunu tənqid edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı Rizədəki çıxışında CHP rəhbəri Kamal Kılıçdaroğlunun da ünvanına sərt sözlər işlədib.
“CHP-nin rəhbərliyindəki şəxs hər zaman başqa yolla gedər. Ölkəmizin yanında deyil, qarşısında dayanır. Terror qruplaşmarının nümayəndələri ilə oturub-durmaqdan bunların gözü kor olub. İstanbulu sel basdı, hörmətli şəxs ( Əkrəm İmamoğlu) tətildədir”, - deyə dövlət başçısı ironiya ilə bildirib.
Qeyd edək ki, İstanbulda yaşanan sel fəlakəti ərəfəsində Ə.İmamoğlunun məzuniyyətdə olması əhali arasında kəskin narazılıqlara səbəb olmuşdu.
Nyus.Az

























