
Madrid şəhərində yaşayan Əfqanıstanın İspaniyadakı səfiri Barselonada soyğunçuların qurbanı olub.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zərərçəkmişə hücum edən bir qrup naməlum şəxs onu döyərək 17 min avro dəyərində olan "Bvlgari" markalı saatını oğurlayıb. Səfir ayağından zədələnib.
Polis əməkdaşları cinayətkarların axtarışına başlayıb.
Nyus.Az

























