
Kim Çen İn yeganə kommunist Koreya yaratmaq istəyir və nüvə silahını da bu ölkənin qorunmasında istifadə etməyi hədəfləyir.
Bu sözləri ABŞ-ın Sakin okeanı Qüvvələri komandanı admiral Harri Harris deyib.
“Mən düşünürəm ki, o kommunist sistemini tam bərqərar etmək istəyir. Belə olanda təqdirdə Kim Çen İn babasının və atasının etmədiyini etmək istəyir”, - Harris bildirib.

























