
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziyanın baş naziri Mahathir Məhəmməd İstanbulda "Baykar" müdafiə şirkətinin istehsal kompleksini ziyarət ediblər.
Nyus.Az Trend-ə istinadən bildirir ki, siyasətçilər Hadımköy rayonunda yerləşən kompleksə helikopterdə gəliblər.
T.Ərdoğanı və M.Məhəmmədi Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank müşayiət edib.
Qeyd edək ki, "Baykar" şirkəti pilotsuz uçuş aparatları da istehsal edir.
Nyus.Az

























