
Fars körfəzində beynəlxalq gəmiçiliyin təhlükəsizliyin təmin olunması üzrə tədbirlər bütün region ölkələri tərəfindən sıx əməkdaşlıqda hazırlanmalıdır.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani Tehranda Omanın XİN rəhbəri Yusif bin Ələvi bin Abdullah ilə görüşü zamanı deyib.
Ə.Şamxani bildirib: "Əgər belə tədbirlər xarici dövlətlər tərəfindən hazırlanarsa, o zaman bu yalnız problemləri artıracaq".
Admiralın sözlərinə görə, İran öz qonşuları ilə qarşılıqlı anlaşma və dialoqun qurulması xəttinə qəti əməl edir: "Lakin bəzi region dövlətləri tələsik addımlar atıblar və böhranın idarə olunması imkanını ciddi təhlükə altına qoyublar".
Omanlı nazir öz növbəsində Fars körfəzi regionunun bütün ölkələrini təmkinli olmağa çağırıb.
Nyus.Az

























