
Moldova polisi ötən gecə radarlardan itən yüngül motorlu təyyarənin axtarışlarını davam etdirir.
Yerli mətbuat yazır ki, təyyarənin axtarışlarına yüzdən çox polis və xilasedici cəlb edilib.
Hüquq-mühafizə orqanları təyyarənin qəzaya uğradığını istisna etmirlər. Təyyarədə neçə nəfərin olduğu dəqiq bilinmir.
Nyus.Az

























