
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "The National" nəşri məlumat yayıb.
Nəqliyyat vasitəsinin sürücüsü Omanla sərhəddəki "Khatam" gömrük məntəqəsində saxlanılıb. Yük maşını mikserinin içində 21 Asiya və 1 Afrika mənşəli şəxs olub.
Şarja Əmirliyi polisindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

























