
Supermarketdə iyrənclik edən qız 20 illik həbs oluna bilər.
milli.az xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkələrdə iyrənc videosu yayılan yeniyetmə qızı həbs cəzası gözləyir.
ABŞ-ın Texas ştatının Lufkin şəhərindəki supermarketə girən yeniyetmə qız vitrindəki dondurmanı yaladıqdan sonra rəfə geri qoyub. Həmin anları qızın rəfiqəsi videoya çəkib.
ABŞ polisi məsələ ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, hələlik kimliyi bilinməyən qız ya 10 min dollar cərimə ödəməlidir, ya da 20 il müddətinə azadlıqdan məhrum olunacaq.
Qeyd edək ki, prank videosu sosial şəbəkələrdə yayıldıqdan sonra etirazlara səbəb olmuşdu.
Nyus.Az

























