
Əfqanıstanın paytaxtı Kabildə və Celalabad şəhərində partlayışlar baş verib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, partlayışlar nəticəsində azı 5 nəfər xəsarət alıb.
Nanqarhar əyalətinin qubernatorunun təmsilçisi Attaullah Hoqyani bildirib ki, Celalabaddakı partlayış xəstəxanada baş verib.
İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.
Nyus.Az

























