
Yəmənin Şabva əyalətində naməlum yaraqlılar qaz kəmərini partladıblar.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə "RİA Novosti"yə yerli hakimiyyətdəki mənbə deyib.
Mənbə bildirib ki, 320 kilometr uzunluğunda olan qaz kəməri Şabva əyalətinin cənub-şərqində yerləşən Əyn Bamabaad rayonu yaxınlığında partladılıb.
Onun sözlərinə görə, partlayışdan sonra güclü yanğın başlayıb.
Nyus.Az

























