
Gürcü Arzusu Partiyası Siyasi Şurasının iclası başlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən məlumatı partiyanın mətbuat xidməti yayıb. Siyasi Şuranın iclasının Bidzina İvanişvilinin rəhbərliyi ilə keçirildiyi vurğulanıb.
Azərbaycana səfərini yarımçıq qoyan spiker İrakli Kobaxidze də iclasa qatılıb.
Görüşdə dünən parlamentdə baş verən hadisələrin müzakirə ediləcəyi və baş verənlərə görə məhz hansı məmurun məsuliyyət daşıyacağı bildirilib.
Qeyd edək ki, Gürcüstan siyasətçiləri baş verənləri dünəndən bu yana müxtəlif formada İrakli Kobaxidze və deputat Zakariya Kuçnaşvilinin üzərinə atmağa çalışırlar.
Nyus.Az

























