• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
21-06-2019, 14:42

Gürcüstanda “rus inqilabı”: 240 nəfər xəsarət alıb

Gürcüstanda “rus inqilabı”: 240 nəfər xəsarət alıb

Tbilisidə keçirilən etiraz aksiyalarında 240 nəfər xəsarət alıb, onlardan 102-si klinikalara yerləşdirilib.

Bu barədə Gürcüstanın Səhiyyə nazirinin birinci müavini Zaza Boxua xəsarət alanları ziyarət etmək üçün getdiyi İnqorokva klinikasında bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır, ikisi isə əməliyyat olunur.

Bundan əlavə, parlament binası qarşısındakı etiraz aksiyalarında xəsarət alan iki nəfərin gözü cərrahi müdaxilə ilə götürülüb.

* * *10:25

Gürcüstanda xüsusi təyinatlıları müxalifət tərəfdarlarını parlamentin qarşısından və Rustavi prospektindən sıxışdıra bilib. Lakin müxalifət bu gün iyunun 21-də axşam yeni etiraz aksiyaları keçirəcəyini bildirir. Virtualaz.org xəbər verir ki, bu barədə “Avropa Gürcüstanı” partiyasının lideri Giqa Bokeriya və “Vahid milli hərəkat” partiyasının lideri Qriqol Vaşadze elan ediblər. Onlar bildiriblər ki, növbəti mitinq də Rustavi prospektində, parlamentin qarşısında olacaq. Müxalifət liderləri aksiyanın “dinc olacağını” deyiblər.

Xəbər verildiyi kimi pravoslav parlamentlərarası Assambleyasının Tbilisidə keçirilən iclası zamanı Rusiya nümayəndə heyətinin rəhbəri, kommunistlər fraksiyasından Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündə oturub. Bu fakt müxalifəti hiddətləndirib və onlar dərhal tərəfdarlarını küçələrə çağırıblar. İclas yarımçıq qalıb, müxalifət tərəfdarları rusiyalı deputatların qaldıqları otelin qarşısında da aksiya keçiriblər, onların Gürcüstandan “rədd olub getmələrini” tələb ediblər. Spiker İrakli Kobaxidze yaranmış vəziyyətlə bağlı Bakıya səfərini yarımçıq qoyub. Axşam minlərlə müxalifət tərəfdarı parlamentə hücum edib, onlardan bir qrupu binaya daxil olub. Xüsusi təyinatlılarla toqquşmalarda onlarla adam xəsarət alıb, xüsusi vasitələr, rezin güllələr tətbiq edilib.

Parlamentin qarşısında aksiya dağıdıldıqdan sonra müxalifətçilər hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının ofisinə basqın edib dağıdıblar. Müxalifət spiker İrakli Kobaxidzenin və daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb edir. Lakin baş nazirin istefasını tələb edənlər, eyni zamanda parlamentə qarışıq seçki sisteminin ləğvinə çağıranlar da var.

Ölkədə yaranmış vəziyyətlə bağlı prezident Salome Zurabişvili də Belarusa səfərini yarımçıq qoyub. O, Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Minskə getmişdi. Xəbər verilir ki, Zurabişvili bu gün səhər saatlarında Minskdən Tblisiyə dönüb. Bundan əvvəl prezident ölkədə baş verənlərə görə Rusiyanı günahlandırıb. “Ölkənin parçalanması və daxili qarşıdurma Rusiyadan başqa heç kimin işinə yaramır. Və bu gün bu ən sınanmış üsuldur”-o bildirib.

Zurabişvilinin sözlərinə görə, daxili qarşıdurmanı qızışdıran hər kəs Rusiyanın əlinə oynayır və Kremlin planlarını icra edir. “Rusiya bizim düşmənimizdir və işğalçıdır”-o vurğulayıb.

Eks-prezident, hazırda Ukraynada olan Mixail Saakaşvili isə etirazları dəstəkləyib, polisi xalqın tərəfinə keçməyə çağırıb.

Son məlumatlara görə daxili işlər naziri Georgi Qaxariya istefa verməyə hazır olduğunu bildirib. (Virtualaz.org)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az