
ABŞ-ın Ohayo ştatından olan həkim Uilyam Hyuzelə qarşı ağrıkəsicinin dozasını qəsdən artırmaq yolu ilə 25 nəfəri öldürməkdə ittiham irəli sürülüb.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, qətlin bir hissəsi Hyuzelin göstərişi ilə digər həkimlər tərəfindən həyata keçirilib, lakin onlar məsuliyyətə cəlb olunmayıblar.
Bildirilir ki, xəstələr 2015-2018-ci illər arasında öldürülüblər. Qətlə yetirilənlərin əksəriyyəti ağciyərin süni ventilyasiyası apparatına qoşulmuş olublar və pallitiv kömək alırdılar.
Nyus.Az

























