
Birləşmiş Millətlər Təşkilatı öz əməkdaşlarını ölkədə yaranmış vəziyyətlə əlaqədar müvəqqəti olaraq Sudandan çıxarmaq qərarına gəlib.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Sky News Arabia" məlumat verir.
"BMT öz əməkdaşlarını müvəqqəti olaraq Sudandan çıxarır", - deyə telekanalın saytında bildirilir.
Qeyd edək , Sudanın paytaxtı Xartumda iyunun 3-də hərbiçilər müxalifətin çadır düşərgəsini dağıtmağa başlamışdılar. Bundan sonra Sudanın müxalifətçi həkimlər komitəsi bildirmişdi ki, hərbiçilərin əməliyyatı nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Nyus.Az

























