
Türkiyənin Tunceli əyalətində terrorçulara qarşı xüsusi əməliyyat keçirilib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, əməliyyat zamanı hərbçilər və terrorçular arasında atışma başlayıb.
Bildirilir ki, atışma nəticəsində 2 Türkiyə hərbçisi yaralanıb, onlar dərhal helikopter vasitəsi ilə xəstəxanaya çatdırılıblar.
Məlumata əsasən, hərbçilərdən birini xilas etmək mümkün olmayıb.
Əməliyyat davam etdirilir.
Nyus.Az

























