
ABŞ dövlət katibi Maykl Pompeo Qrenlandiyaya səfərini təxirə salıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, buna səbəb dövlət katibinin Vaşinqtonda bəzi təcili işlərlə əlaqədar olmaq məcburiyyətidir. Dövlət katibi hələlik proqram dəyişikliyini təsdiq etməyib.
Qeyd edək ki, daha öncə Dövlət Departamentinin mətbuat xidməti Pompeonun 5-9 may tarixlərində Finlandiya, Almaniya, Böyük Britaniya və Daniyaya məxsus Qrenlandiyada səfərdə olacağı barədə məlumat yayıb.
Nyus.Az

























