• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
  • 31-08-2026 Azərbaycanda ''turizm kəndləri'' yaradılır - VİDEO

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
1-05-2019, 11:07

Antibiotiklərə davamlı infeksiyalar 2050-ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoya bilər

Antibiotiklərə davamlı infeksiyalar 2050-ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoya bilər

Əgər beynəlxalq birlik zəruri tədbirlər görməsə, antibiotiklərə davamlı bakteriyaların törətdiyi infeksiyalar 2050-ci ilə qədər hər il 10 milyon insanın həyatına son qoyacaq, bu xəstəliklərin vurduğu iqtisadi ziyan isə öz miqyasına görə 2008-2009-cu illərin qlobal böhranının nəticələri ilə müqayisə edilə bilər.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Antimikrob rezistentliyinə qarşı mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Qrupunun yeni məruzəsində öz əksini tapıb.

Məruzə müəllifləri vurğulayırlar ki, müalicəsi mümkün olmayan xəstəliklərin sayı get-gedə artır, o cümlədən respirator infeksiyaları və sidik sisteminin infeksiyaları bu qrupa aiddir. Məruzədə vurğulanır ki, hazırda dərmana davamlı xəstəliklər üzündən hər il 700 min nəfər dünyasını dəyişir. Onların 230 min nəfəri müxtəlif dərmanlara davamlı vərəmdən ölür.

BMT baş katibinin birinci müavini, əlaqələndirmə qrupunun həmsədri Əminə Məhəmməd deyib: "Antimikrob rezistentliyi qlobal cəmiyyət üçün əsas təhdidlərdən biridir. Bu halın geniş yayılmasını dayandırmaq üçün görülməli zəruri tədbirlərin miqyası bu məruzədə göstərilir".

Məruzə müəllifləri xatırladırlar ki, insanın sağlamlığı heyvanların sağlamlığı, ətraf mühitin vəziyyəti və qida məhsullarının keyfiyyəti ilə ayrılmaz surətdə bağlıdır. Onlar antibiotiklərə dözümlülüyə qarşı mübarizə məsələsinə çoxtərəfli yanaşma təklif edirlər.

Ekspertlər insanların və heyvanların müalicəsi üçün mikrob əleyhinə preparatlar təyin edilməsinə məsuliyyətlə yanaşmağa, habelə bu preparatlardan kənd təsərrüfatında artım stilmulyatorları kimi istifadə etməkdən çəkinməyə çağırırlar.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbəri Joze Qratsionu da Silva deyib: "Məruzədə qida məhsulları istehsalında, həmçinin insanların və heyvanların sağlamlığının müdafiəsi sahəsində mikroblar əleyhinə vasitələrin mühüm rolu etiraf edilir, lakin eyni zamanda, ekspertlər belə preparatların bütün sektorlarda məsuliyyətlə istifadə edilməsini dəstəkləyirlər".

Antimikrob rezistentliyinə qarşı mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Qrupu 2017-ci il BMT Katibliyinin dəstəyi ilə yaradılıb. Bu qrupa FAO-nun, Dünya Səhiyyə Təşkilatının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının nümayəndələri daxildir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az