
Rusiyanın "Ural Hava Yolları"nın sərnişinləri etdikləri "maraqlı səfərə" görə aviaşirkətə təşəkkür əvəzinə narazılıq bildiriblər.
Belə ki, şirkətdən Moskva - Paris reysi üzrə bilet alan sərnişinlər Fransa paytaxtı əvəzinə Kaluqaya eniş ediblər.
Sərnişinlərin dediyinə görə, onlara uçuşun 3 saat 45 dəqiqə davam edəcəyi bildirilib, yolüstü dayanacaq olacağı barədə məlumat verilməyib.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, insidentə səbəb Moskva və Fransa arasında uçuşlara məhdudiyyət qoyulmasıdır. Verilən məlumata görə, Fransa tərəfi bu istiqamətdə uçuşa icazə verməyib:
"Reysin həyata keçirilməsi üçün, aviaşirkət Kaluqada məcburi eniş edib və Fransa tərəfindən icazə almağa çalışıb", - deyə məlumatda bildirilir
Nyus.Az

























