
ABŞ-da ikinci restoranını açan aşpazı “axmaqlar sultanı” adlandıran jurnal onun Nyu York mühitinə layiq olmadığını yazıb:
“Nüsrətin Nyu Yorkdakı restoranı 19-cu əsrdən bu şəhərdə yaradılan ən böyük saxtakarlıq ola bilər. “Nüsr-ət” restoranında əhaliyə təklif edilən ət həm çox duzlu, həm də bahalıdır. Menyu internetdə yerləşdirilməyib. İnsanlar masa arxasında əyləşənə kimi nə qədər pul ödəyəcəklərini bilmirlər. Nüsrət hər kəsə İnstaqramda pulsuz sərgilədiyi şounu restoranda şəxslərə özəl sirkə çevirir. Yeməklər bərbaddır. Bəlkə də bəziləri İnstaqramda paylaşmaq üçün yüksək məbləğdə pul verməyə dəydiyini fikirləşir. “Nüsr-ət” Nyu York dünyasına layiq deyil, amma biz ona layiqik. Bu canavarı hamılıqla yaratmışıq”.
Sözügedən məqalə sosial şəbəkələrdə 2000 dəfə paylaşılıb.
Qeyd edək ki, bundan əvvəl “Nyu York Post” qəzeti də Nüsrət Gökçə haqqında tənqidi məqalə yayımlamışdı.
(Kult.az)

























