
Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski bildirib ki, Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Vladimir Putinlə təkbətək görüşmək istəmir.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, Zelenski Rusiya prezidenti ilə "Normand" formatında, Angela Merkel və Emmanuel Makronun iştirakı ilə görüşmək istəyir. Kvasnevski bu qərarı "ədadlətli qərar" adlandırıb:
"Bu format onun üçün müdafiə çətiri rolunu oynayacaq. Axı Putin kimi siyasi güclə təkbətək görüş Zelenski üşün xoş nəticələnməyə bilər".
Nyus.Az

























