
NASA tərəfindən Mars planetinə endirilən seysmik tədqiqat aparatı "İnSight" Qırmızı planetdə bir yer sarsıntısı qeydə alıb.
Nyus.Az ölkə.az-a istinadən bildirir ki, bu Yer və Aydan başqa hər hansı bir planetdə qeydə alınan ilk seysmik siqnaldır.
Alimlər bildiriblər ki, kosmik aparat şiddətli sarsıntını 6 aprel tarixində qeydə alıb. Filipp Loqnon məsələ ilə bağlı deyib:
"Nəhayət Marsın seysmik cəhətdən hələ də aktiv olduğuna dair sübut əldə etdik və bunun həyəcanını yaşayırıq. Aylardır belə bir siqnal gözləyirdik".
Mütəxəssislər Marsdakı zəlzələləri incələyərək planetin yaranma prosesinə dair yeni məlumatlar əldə edəcəklərinə inanırlar.
Nyus.Az

























