• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
23-04-2019, 09:07

Yaponiyada İmperator dövrü və onun tarixi əhəmiyyəti

Yaponiyada İmperator dövrü və onun tarixi əhəmiyyəti

Mayın 1-də Yaponiyada yeni İmperatorun taxta çıxması ilə Heysey dövrü başa çatacaq və yeni Reiva dövrü başlayacaq. Bəs Uzaq Şərqin ən qüdrətli dövlətlərindən biri olan Yaponiya üçün İmperatorun adı ilə bağlı olan bu tarixi dövrlər necə yaranıb və ölkə həyatında hansı rolu oynayır?

Nyus.Az bildirir ki, bu və digər sualları aydınlaşdırmaq üçün AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Tokio Universitetinin professoru, tarix elmləri doktoru Akira Matsunaqa ilə görüşərək ondan müsahibə alıb. Müsahibənin mətnini təqdim edirik.

- Cənab professor, bildiyimiz kimi aprelin 2-də Yaponiya Nazirlər Kabineti mayın 1-də ölkədə yəni İmperatorun taxta çıxması ilə əlaqədar yeni dövrün adını elan etdi. Bəs müasir Yaponiyada İmperator idarəetməsi özünü necə göstərir? Yaponiya əhalisi, yaponlar üçün bu sistem nə dəməkdir?

- Qeyd etdiyiniz kimi, Yaponiyada Əlahəzrət İmperator Akihitonun səlahiyyətləri aprelin 30-da bitir, mayın 1-dən isə yeni İmperator, hazırkı vəliəhd-şahzadə Naruhito İmperator kimi öz səlahiyyətlərinin icrasına başlayacaq. Yaponiyada İmperator dövrünün tətbiqi təxminən X əsrdən başlayır. Təxminən 200 il müddətində, Meyci dövründən başlayaraq imperatorların hakimiyyətdə olduğu dövr onların öz adları ilə adlanırdı. Nümunə olaraq İmperator Meyci - Meyci dövrü, İmperator Tayşo - Tayşo dövrü, İmperator Şyova - Şyova dövrü adlanırdı. Bu təxminən 150 il bu şəkildə davam etdi. Bundan əvvəl bir İmperatora bir neçə dövr uyğun gələ bilərdi. Yəni bir İmperator məsələn iki dövrdə yaşaya bilərdi, amma həmin dövrdən başlayaraq imperatorlar yalnız taxta çıxdığı gün qəbul olunan dövrdə yaşamağa başladılar. Yəni bir İmperatora yalnız bir dövr uyğun gəlməyə başladı.

Bu dəfə apreldə bitən Heysey dövründə İmperator, Yaponiya konstitusiyasında olan statusuna görə siyasi funksiyası olmasa da, həddindən artıq çətin işləri həyata keçirib. Yaponiya tarixi bu formada hərəkət edir. Yaponiya İmperatoru çox çətin olan bir sıra funksiyaları yerinə yetirir. Bildiyimiz kimi, Heysey dövründən sonra Reiva dövrü başlanacaq. Burada da təxminən 150 ildə davam etdiyi kimi, İmperatorun dəyişilməsi ilə dövrün dəyişməsi baş tutacaq. Qeyd edim ki, Yaponiyada fərqli dövr anlayışı mövcuddur. Hazırda dünyada 2019-cu il olsa da, Yaponiyada Heysey dövrünün 31-ci ildir. Dövrün dəyişməsi ilə əlaqədar biz Reiva dövrünün 1-ci ilinə qədəm qoyacağıq. Düzdür, burada bir çox çətinliklər ortaya çıxa bilər. Məsələn, mən Heysey dövründə də Şyova dövründə də yaşamışam. Hazırda yaşayan bir çox yaponlar hər iki dövrü görüblər. Mən özüm 31 il Heysey də yaşamışam və bundan sonra yeni dövrdə yaşayacağam.

Keçmişə dönüb baxanda Heysey dövrünü bir neçə istiqamətdə, müxtəlif cür qiymətləndirmək olar. Heysey dövrü 1989-cu ildə başladı və 2019-cu ildə bitir. Yaponlar bu dövrü birləşib, paylaşıb yaşadılar. Mənə görə bu dövr normal oldu.

- İkinci Dünya müharibəsindən sonra qəbul edilən yeni konstitusiyaya əsasən İmperator dövlətin və xalqın simvoluna çevrildi ki, bu da monarxın qarşısında tamamilə yeni funksiyalar, vəzifələr qoyurdu. Sizcə İmperator Akihito bu vəzifələrin öhdəsindən necə gəldi və bu sistemə hansı yenilikləri gətirdi?

- İkinci Dünya müharibəsi 1945-ci ildə Yaponiyanın məğlubiyyəti ilə başa çatdı. Yaponiya müharibəni uduzduqdan sonra ABŞ-ın nəzarətinə düşdü. Həmçinin təxminən 6 il müddətində ABŞ tərəfindən işğal olundu. Həmin müddətdə Yaponiya yeni, əvvəlkindən fərqlənən konstitusiyanı hazırladı. Bu konstitusiya əvvəl mövcud olan Meyci dövrünün konstitusiyasından köklü şəkildə fərqləndi. Əgər bu fərqlərə baxsaq, dəyə bilərik ki, İmperatorun hakimiyyəti müharibədən əvvəl həddindən artıq güclü idi. İmperatorun hakimiyyəti güclü, səlahiyyətləri çox idi. Böyük yapon imperiyası Meyci dövrünün konstitusiyasına görə bütün funksiyalar İmperatorun əlində cəmlənmişdi. Həm də yeni konstitusiya qərb stilində, alman konstitusiyasına uyğun hazırlanmışdı. Əlbəttə bu konstitusiyada İmperator çox böyük hakimiyyəti əlində saxlasa da əslində o, əksər hallarda əmr vermək funksiyasında deyildi. Əmrlər İmperatordan aşağıda olan adminstrativ idarəetməyə malik, Baş nazir statusunda olan şəxs tərəfindən verilirdi. Yəni, əvvəlki konstitusiyaya görə İmperator bütün səlahiyyətləri əlində saxlasa da, əslində bu özü də, simvolik məna daşıyırdı və siyasət, hərbi məsələlər və həmçinin digər səlahiyyətlər birbaşa olaraq İmperatorun təyin etdiyi idarə heyəti tərəfindən icra edilirdi. Lakin müharibədən sonra yeni qəbul olunan yapon konstitusiyasında İmperatorun səlahiyyətləri rəsmi olaraq simvolikləşdirildi və o, Yaponiyanın simvolu statusunu aldı. İmperatorun yeni statusunu yaponların böyük əksəriyyəti əvvəlcə anlaya bilmirdi. Dövlətin başçısı ilə simvolik şəxsin fərqi nədir dedikdə isə Şyova dövrünün imperatoru Hirohito (1926-1989-cu illər) həm köhnə konstitusiya, həm də yeni konstitusiyaya uyğun səlahiyyətlərə malik olduğuna görə, bu iki idarəetmə arasında olan fərqləri tam anlaya bildi. Heysey dövrü imperatoru Akihito isə yeni konstitusiyada yazıldığı kimi, bir xalqı qorumaq funksiyalarını yerinə yetirdi. Yaponiyanın yeni konstitusiyasına görə, İmperatorun siyasi səlahiyyətləri yoxdur. İmperator burada Baş nazirin məsləhəti ilə müxtəlif işləri yerinə yetirə, yaxuddakı elan edə bilər. Heysey İmperatoru kimi bu yeni İmperator da öz statusunu saxlayacaq, simvolik olaraq qalacaq. Amma istisna hallarda İmperator öz çıxışlarında, nitqlərində yapon xalqına təsir edə bilər. Yeni İmperator da əvvəlki kimi davam edəcək, eyni funksiyaları yerinə yetirmək üçün daha çox çalışacaq.


- Yeni dövrün adı ilk dəfədir ki, klassik yapon ədəbiyyatından götürülüb. Bu, xalq arasında həmin ədəbiyyata böyük maraq doğurub. Eyni zamanda, Baş nazir Şinzo Abe "reiva" sözünü "rifah və harmoniya" kimi şərh edib. Bəs sizcə yeni dövrün belə adlandırılmasının əhəmiyyəti nədən ibrətdir? Bir tarixçi alim kimi bunun mahiyyətini necə izah edərdiniz?

- Yaponiyada dövr bildiyimiz kimi, Heyseydən Reiva dövrünə dəyişdi. Reivanın mənası gözəl, cəlbedici harmoniya dəməkdir. Bu Yaponiyanın klassik ədəbiyyatı "Manyoşu"dan götürülən ifadədir. Bu dövrə qədər olan tarix 654-cü ildə Tayqa adlanan dövrdən və Çində mövcud olan klassik ədəbiyyatlardan götürülmüşdü. Yaponiya və Çin klassik ədəbiyyatı Şərqi Asiyada olan və kancidə yazılan, həmçinin Koreya, Vyetnam və digər xalqlar tərəfindən ümumi qəbul olunan mədəniyyət kimi kökləri gedib eyni yerə çıxır. Bu zamana qədər kökləri eyni olan Çin və başqa ədəbiyyatlardan götürülsə də, bu dəfə tamamilə Yaponiyaya məxsusdur. Ona görə də müasir yaponlara görə tamamilə başqa dövr başlayır. Yəni bu dövr özümüzə məxsus klassik ədəbiyyatdan götürülüb deyə tamam başqa dövr başlayır kimi hiss edirlər.

Mən də bu, yaxşı dövr olacaq deyə düşünürəm, hiss edirəm. Əslində "Manyoşu" yaponlara aid olsa da Çin klassik ədəbiyyatının böyük təsirinə məruz qalıb. Məsələn, bu gün Yaponiyada hər yerdə sakuralar açıb. Yaponiya deyiləndə ağıla gələnlərdən biri də sakuradır. Məsələn, əriyin çiçəkləri, ətri daha gözəldir. Bu sakura "Manyoşu"dan götürülsə də əslində Çin klassik ədəbiyyatından gələrək formaca dəyişib. Biz yeni dövrün yaxşı olacağını düşünürük. "Manyoşu"nun bölmələrindən təxminən ikisi Yaponiyaya, dördü isə Çinə məxsusdur. Baş nazir Abe də yeni dövrü seçmək üçün ekspertlərdən bir neçə xahiş etmişdi bu bölmələr ədəbiyyatla bağlı idi. Onların arasında "Seika", "Manpo" və başqaları var idi. "Manyoşu" bunlardan ən uyğunu kimi seçilib. Bir yapon kimi mən çox sevinirəm ki, yeni dövrün adı öz mədəniyyətimizin nümunələrindən götürülüb. Bundan sonra da, yeni dövrlərin adlarında öz mədəniyyətimizin simvollarının istifadə ediləcəyini düşünürəm.

- Mayın 1-də vəliəhd-şahzadə Naruhito taxta çıxacaq. Necə düşünürsünz, yeni dövr Yaponiyaya və yapon xalqına hansı yənilikləri gətirəcək?

- Bəli, "Heysey" dövründə 31 il müddətində müharibələr baş vermədi. Yaponiyada, məsələn 1868-ci ildə Meyci dövründə, sonrakı Tayşo və Şyova dövründə müharibələr oldu. Yaponiyada 1603-cü ildən 1867-ci ilə qədər Edo dövründə, təxminən 265 ildə uzun müddət sülh oldu. Bu illərdə Yaponiya xaric ilə qapıları bağladı, ətraf ölkələrlə təmas olmadan uzun müddət sülhü qoruyub saxlaya bildi.1853-cü ildə Amerikanın nümayəndəsi Yaponiyaya gələrək ölkənin belə bağlı şəraitdə qalmasının mümkün olmadığını bildirdi və qapıların açılmasını tələb etdi. Qapılar açıldıqdan sonra, yaponlar xarici ölkələrdən bir çox şeylər öyrəndilər. Hərbi sistemi, beynəlxalq münasibətləri, diplomatiyanı öyrənməyə başladılar və gözlənildiyi kimi, öz güclərini anlayaraq müharibələrə başladılar. Bundan sonrakı 150 ilə baxsaq Yaponiya Meyci dövründən başlayaraq, Çin-Yaponiya müharibəsi, yapon-rus müharibəsi, I Dünya müharibəsi və başqa müharibə təcrübələrini yaşadı. Beləliklə, 1945-ci ildə müharibə bitdikdən sonra Yaponiya uzun müddət, təxminən 70 il xarici ölkələrlə heç bir müharibə etmədi. Bu dövr müharibəsiz davam etdiyinə görə həmin dövrün yaxşı başa çatdığını deyə bilərik. Bundan əvvəlki 70 ildə olduğu kimi, bundan sonra da yapon xalqı həmişə sülh olmasının əhəmiyyətini başa düşür. Dünya ölkələri ilə daha da yaxşı münasibətlər qurmağın əhəmiyyətini anlayır. İndi ABŞ Prezidenti Donald Tramp müxtəlif təhlükəli addımlar atır, yaxud Yaxın Şərqdə müxtəlif bölgələrdə sülh yoxdur. Bütün bunları görən yaponlar sülh yaxşıdır deyə düşünürlər. Yapon xalqı bundan sonra da sülh arzulayır, müharibə olmamasını arzulayır. İndi dünyada demək olar təhlükəli yerlər çoxdur deyə düşünən yaponlar sülhün mənasını tam anlayırlar.

Yaponiya konstitutsiyasında İmperatorun heç bir siyasi səlahiyyəti olmadığına görə, bu dəyişiklik heç bir siyasi dəyişikliyə, xüsusən də Yaponiyanın beynəlxalq siyasətinə təsir etməyəcək. Ancaq, yaponlar üçün sülhün simvolu kimi İmperatorun əhəmiyyəti çox böyükdür və inanıram ki, yeni dövrdə də, Yaponiya heç bir müharibə etməyərək, sülh ölkəsi kimi dünya siyasi arenasında öz müsbət mövqeyini qoruyub saxlayacaq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az