
İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, onu dəstəkləyən sağ partiyalar bloku ölkədə keçirilən parlament seçkilərində inamlı qələbə qazanıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, nazir özünün "Tvitter"dəki səhifəsində yazıb ki, "Likud" partiyasının başçılıq etdiyi sağ partiyalar bloku "aşkar qələbə qazanıb".
"Mən İsrail vətəndaşlarına göstərilən etimada görə təşəkkürümü bildirirəm", - deyə Netanyahu bildirib.
Nazir həmçinin qeyd edib ki, koalisiya hökumətinin formalaşdırılması üzrə danışıqlara başlayacaq.
Nyus.Az

























