
Bütün ermənilərin katolikosu II Qaregin bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib.
Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, o burada Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə ermənilərin birliyi, “daxili-xarici siyasət” və s.ə məsələlər müzakirə edilib.
Xatırladaq ki, bundan öncə Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan da Dağlıq Qarabağa gəlmişdilər.
Nyus.Az

























