
BMT Təhlükəsizlik Şurası feldmarşal Xəlifə Xəftarın təbeliyində olan Liviya Milli Ordusunu hərbi toqquşmadan yayınmağa çağırır.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qapalı keçirilən təcili iclasının yekunları üzrə bəyanatda deyilir. Bəyanat Təhlükəsizlik Şurasının aprel ayında sədri - Almaniyanın daimi nümayəndəsi Kristof Hoyqsen tərəfindən oxunub.
K.Hoyqsen deyib: "Təhlükəsizlik Şurası Liviyadakı hərbi fəallıqdan narahatlığını bildirib. Təhlükəsizlik Şurasının üzvləri milli ordunun qoşunlarını toqquşmadan yayınmağa çağırırlar. Münaqişənin həllinin hərbi yolu ola bilməz"
Nyus.Az

























