
Türkiyə NATO-nun təhlükəsizliyi və Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması arasında seçim etməlidir.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens öz "Twitter" səhifəsində yazıb.
M.Pens bildirib: "Türkiyə seçməlidir: Tarixdə ən uğurlu hərbi alyansın vacib tərəfdaşı olaraq qalmaq və ya bizim alyansı pozan düşünülməmiş qərarlar qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyini riskə atmaq istəyir?"
Nyus.Az

























