
ABŞ müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının rəhbəri vəzifəsində Kennet Makkenzini təyib edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə P.Şanahan öz "Twitter" səhifəsində yazıb.
P.Şanahn bildirib: "Bu gün general Cozel Votelin 40 il böyük xidmətindən sonra istefasını qəbul etmək və ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının mükəmməl komandasının yeni rəhbəri Kennet Makkenzini salamlamaq mənim üçün şərəf idi".
ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının operativ məsuliyyət sahəsinə Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya daxildir.
Nyus.Az

























