
Silahlılar ötən sutka ərzində Suriyanın Latakiya, Hama və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Cubb-əz-Zaur (bir dəfə), Beyd-Cnauro (bir dəfə), Sanceka (bir dəfə) yaşayış məntəqələrini, Hama əyalətinin Halfaya (bir dəfə) yaşayış məntəqəsini, Hələb əyalətinin Əs-Salihiyyə (bir dəfə) yaşayış məntəqəsini atəşə tutublar".
Nyus.Az

























