
Sakit okeanda, Kamçatka sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 300 kilometr cənubda, ocağı isə təxminən 40 kilometr dərinlikdə yerləşib.
Bildirilir ki, Petropavlovsk-Kamçatskda zəlzələ 2-3 bal gücündə hiss edilib.
Xilasedici və yanğınsöndürənlərdən ibarət operativ qrup Petropavlovsk-Kamçatskda binalara baxış keçirir.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar olmayıb.
Nyus.Az

























