
Yakutiyanın rəhbəri Aysen Nikolayev 2019-cu ildə iqtisadiyyatın 33 sahəsində əcnəbilərin işə cəlb edilməsinin qadağan olunması barədə fərman imzalayıb.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Yakutiyada miqrantların ticarət, sərnişin daşınması, ərzaq məhsulları, içkilər və paltar istehsalı ilə məşğul olması, hüquq, mühasibat uçotu, memarlıq və mühəndis-texniki layihələşdirmə, elmi tədqiqatlar və araşdırmalar sahəsində işləməsi qadağan edilib.
Xəbər verildiyi kimi, yerli qadınlardan birinin əməkçi miqrant tərəfindən oğurlanması və zorlanması ehtimalı ictimaiyyətdə geniş əks-səda doğurub. Bununla əlaqədar, Yakutsk şəhərində təqsirkarların cəzalandırılması tələbi ilə icazəsiz mitinq keçirilib. Regionun hakimiyyət orqanları qanunsuz miqrasiyaya və qanunsuz sahibkarlığa qarşı mübarizə tədbirlərinin gücləndiriləcəyini vəd ediblər.
Nyus.Az

























