
Suriya Qolan yüksəklikləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirmək xahişi ilə çıxış edib.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, martda TŞ-da sədrlik edən Fransa iclasın tarixini müəyyənləşdirmək məcburiyyətindədir.
Qeyd edək ki, Qolan yüksəkliklərini gündəmə ABŞ prezidenti Donald Tramp gətirib. O, bazar ertəsi, yüksəkliklərin İsrailin suveren ərazisi kimi tanıması haqqında deklarasiya imzalayıb.
Nyus.Az

























