
Əlcəzair Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əhməd Qayd Salah ölkə prezidenti Əbdüləziz Buteflikanı dövlət başçısı vəzifəsindən imtina etməyə çağırıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, Buteflikadan öz səlahiyyətlərini icra edə bilməməsini etiraf etməsini tələb edib.
Salah, həmçinin Buteflikanın vəzifədən uzaqlaşdırılması üçün ölkə konstitusiyasının 102-ci maddəsinin icra edilməsini istəyib. General yalnız bu halda ölkənin yaranan böhrandan çıxa biləcəyini söyləyib.
Qeyd edək ki, bundan öncə Əlcəzairdə Əbdüləziz Buteflikanın vəzifədən uzaqlaşdırılması tələbi ilə etiraz aksiyalarına start verilib. Etiraza səbəb Buteflikanın 18 apreldə keçiriləcək seçkinin tarixini dəyişməsi olub.
Buteflika Əlcəzairi 1999-cu ildən idarə edir. Əhməd Qayd Salah onun hakimiyyətdəki ən yaxın tərəfdarlarından biri sayılır.
Nyus.Az

























