
ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında demokratlarla razılaşmanın əldə olunduğunu və şatdaunun başa çatdığını bəyan edib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, Tramp dövlət qurumlarının yenidən işi bərpa edəcəklərini bildirib.
Onun sözlərinə görə, razılaşma 3 həftə üçün nəzərdə tutulub və hökümət 15 fevrala qədər çalışacaq.
Xatırladaq ki, ən uzunmüddətli şatdaun artıq 34 gündür ki, davam edir. 800 minə yaxın dövlət qulluçusu maaşsız qalıb.
Nyus.Az

























